top
Dünya çempionu olan 11 yaşlı Sumqayıt məktəblisinin hekayəsi
20 iyul 2026, 14:20
- ↺ +

Dünya çempionu olan 11 yaşlı Sumqayıt məktəblisinin hekayəsi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bəzən böyük uğurlar yaşla deyil, əzm və zəhmətlə ölçülür. Cəmi 11 yaşında olmasına baxmayaraq, artıq dünyanın ən nüfuzlu STEM yarışlarında Azərbaycan bayrağını zirvəyə qaldıran Ali Aslanov qısa zamanda qazandığı uğurlarla diqqət mərkəzinə çevrilib.

Dünya çempionu Ali Aslanov və dəstəkçilərindən biri olan babası ilə həmsöhbət olunub. Çempion və babası qazandıqları uğurların arxasında dayanan zəhmət, dəstək və hədəflərdən danışıblar.

Ali Aslanov 2014-cü ildə Gəncədə anadan olub. Bu gün təhsilini Sumqayıt şəhərində "Dünya məktəbində"  ingilis bölməsi üzrə alır.

O, robototexnika və kodlaşdırma sahəsində ilk beynəlxalq təcrübəsini 2023-cü ildə Rumıniyada təşkil olunan "RoboChallenge" olimpiadasında əldə edib. Dünyanın müxtəlif ölkələrindən 200-dən çox komandanın mübarizə apardığı "Mini Sumo Kids" kateqoriyasında uğurla çıxış edən Ali yarışın 1/8 final mərhələsinə qədər irəliləməyi bacarıb.

"2024-cü il də Bakıda keçirilən "Robotex Azərbaycan" yarışında "Mini Sumo" kateqoriyası üzrə final mərhələsinə keçmişəm. Həmin yarışın Türkiyənin Antalya şəhərində təşkil olunan "Robotex International" mərhələsində də "Mini Sumo" kateqoriyasında I yeri qazanmışam. Həmin ilin iyul ayında Niderlandda keçirilən final mərhələsində iştirak edərək üçüncü yerə çıxmışam. 2025-ci ildə isə Amerika Birləşmiş Ştatlarında keçirilən "NEO Science Olympiad" beynəlxalq olimpiadasının finalında bürünc medal qazanmışam," – deyə çempion bildirib.

Həmsöhbətimiz bu il isə İtaliyanın Roma şəhərində keçirilən "STEM Olympiad Grand Final" yarışında dünya çempionu adına layiq görülüb.

Alinin ən böyük dəstəkçilərindən biri olan babası Allahverdi Aslanov övladları kimi, nəvələrinin də təhsilə və idmana xüsusi vaxt ayırmalarına diqqət yetirdiyini deyir: "On nəvəmin arasında Ali son beşiyimizdir. Onun dünyanın müxtəlif ölkələrində Azərbaycan Bayrağını dalğalandırması məni çox sevindirir. O, kodlaşma və robotexnika sahəsi ilə yanaşı, həm də idmanla məşğul olur".

Gündə 2-3 saat robototexnika və kodlaşdırmaya vaxt ayıran Ali atıcılıq və kikboksinqlə də aktiv məşğul olaraq nailiyyətlərə imza atıb. Ən böyük arzusu isə təhsilini ingilis dilində başa vurub, ölkəmizin bayrağını daim ucalarda dalğalandırmaqdır. Gələcəkdə təhlükəsizlik orqanlarında çalışmaq istəyən çempion bunun üçün də gecə-gündüz çalışır.

Qazandığı bütün nailiyyətlər Ali Aslanovun uğur yolunda yalnız bir mərhələdir. Qarşıda isə onu yeni yarışlar, yeni hədəflər və Azərbaycan Bayrağını beynəlxalq arenada yenidən dalğalandırmaq arzusu gözləyir. Biz də çempiona gələcək yarışlarda uğurlar arzulayırıq.

Mənbə: Azərtac

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:05

Sumqayıt teatrında "Sürgün sevgi" tamaşasının premyerası keçirildi

Bütün xəbərlər
Bu gün, 15:40

Sumqayıtda narkotik dövriyyəsinə qarşı əməliyyat

Bütün xəbərlər
Bu gün, 14:57

Sumqayıtda yolun müəyyən hissəsinin zəbt edilməsinə etiraz

Bütün xəbərlər
Bu gün, 14:20

SDU tələbələrinin süni intellekt layihəsi 60 komanda arasında SEÇİLDİ

Bütün xəbərlər
Bu gün, 13:40

Uşaqlıq arzusunu gerçəkləşdirdi - Sumqayıtdan Gəncəyə piyada getdi

Bütün xəbərlər
Bu gün, 13:00

Sumqayıtda YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirildi

İdman
Bu gün, 12:30

"Sumqayıt" bu gün "Zirə" ilə qarşılaşacaq

Bütün xəbərlər
Bu gün, 12:00

Sumqayıt hansı hava ilə nəfəs alır? Son aylarda şəhərin ekoloji vəziyyəti ilə bağlı nələr məlum olub? - ARAŞDIRMA

Bütün xəbərlər
Bu gün, 11:13

Sumqayıtda yolların təmirinə 2,4 milyon manat ayrılıb

Bütün xəbərlər
Bu gün, 10:00

Coratda avtobus dayanacağı ilə bağlı şikayət nəticə verdi

Bütün xəbərlər
Bu gün, 09:15

Sumqayıtda fəhlə vakansiyası elan edildi - ŞƏRTLƏR

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən Müharibəsinin 27-ci günü baş verənlər - XRONİKA

Bütün xəbərlər
Dünən, 17:57

Sumqayıtlı model: "TikTok"a görə 1000 manat vergi borcu yazıblar"

İdman
Dünən, 17:20

Ağır qəzaya düşən sumqayıtlı cüdoçu idmana nə vaxt qayıdacaq?

Bütün xəbərlər
Dünən, 16:47

Sumqayıtda zibil qutularının dolub-daşdığı ərazi təmizləndi

Bütün xəbərlər
Dünən, 16:37

Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanıldı

Kriminal
Dünən, 16:23

Sumqayıtda çay evində BIÇAQLANMA - 64 yaşlı kişi tutuldu

Bütün xəbərlər
Dünən, 16:17

Sumqayıt məhkəməsində anasını öldürən şəxsə hökm oxundu

Bütün xəbərlər
Dünən, 15:46

Bakı, Sumqayıt və daha 4 şəhərin su təchizatına o rəhbərlik edəcək

Bütün xəbərlər
Dünən, 15:45

Rafael Ağayevin "qayıdışı" təxirə salınıb…

İdman
Dünən, 15:10

Sumqayıt idmançısının beynəlxalq uğuru diqqət mərkəzində

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda sabah şimşək çaxa bilər

İdman
Dünən, 14:07

"Sumqayıt" "Zirə" ilə oyuna üç itki ilə çıxacaq

Bütün xəbərlər
Dünən, 13:31

Oktyabr özünü niyə iyun kimi "aparır"? - SƏBƏBİ AÇIQLANDI

Oxşar xəbərlər