Sumqayıt Reabilitasiya Mərkəzi ippoterapiya (atlarla terapiya) təlimi keçirib. Bu haqda 27 iyul tarixində Sumqayıt24 xəbər verir.
“Qala” Atçılıq Mərkəzində təşkil olunan təlimdə Sumqayıt Reabilitasiya Mərkəzində stasionar və ambulator, eləcə də icma əsaslı reabilitasiyaya cəlb edilmiş əlilliyi olan şəxslər iştirak ediblər.
İppoterapiya üzrə təlim həmin mərkəzin rəhbəri Yaqut Abdullayeva, həmçinin psixoloqu Fidan Abdullayeva tərəfindən keçirilib.