Bu gün Sumqayıt Dövlət Dram Teatrının istedadlı aktrisası, Əməkdar artist Elmira Kərimovanın doğum günüdür.
Sumqayit24.az xəbər verir ki, Elmira Nəsir qızı Kərimova 1972-ci ildə Sumqayıt şəhərində fəhlə ailəsində anadan olub. Orta təhsilini 27 nömrəli məktəbdə alıb. Daha sonra Azərbaycan Dövlət Mədəniyyət Universitetində "Musiqili Teatr Aktyorluğu" ixtisası üzrə təhsilini davam etdirib.
1997-ci ildə ailə vəziyyəti ilə bağlı Naxçıvan Muxtar Respublikasına köçüb. 1999–2013-cü illərdə C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor vəzifəsində çalışıb.
2015-ci ilin dekabr ayından etibarən Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin "Ədəbi-Bədii Verilişlər" redaksiyasında redaktor vəzifəsində çalışıb. 2022-ci ildə Sumqayıt Dövlət Dram Teatrının aktyor heyətinə qəbul edilib. Qısa zamanda tarixi dram əsərlərindəki obrazları ilə tamaşaçı sevgisi qazanıb. Eyni vaxtda Naxçıvan televiziyasında maraqlı layihələr işləyib. Həm də Uşaq teatrında da çalışıb.
Elmira Kərimova müxtəlif vaxtlarda üç dəfə Prezident mükafatına layiq görülüb.