Energetika naziri Pərviz Şahbazov Sumqayıt sakinlərini qəbul edib. Bu barədə 10 sentyabr tarixində Energetika Nazirliyinə istinadən xəbər veririk.
Görüş adıçəkilən nazirlikdə baş tutub. Qəbul zamanı vətəndaşların elektrik enerjisi təchizatı, işlə təminat və digər məsələlərlə bağlı müraciətləri dinlənilib. Qaldırılan məsələlərin həll edilməsi istiqamətində müvafiq tapşırıqlar verilib. Burada Sumqayıt və Bakı şəhərlərindən olan vətəndaşların müraciətlərinə baxılıb.