top
Ərini öldürən hamilə qadına hökm oxundu
19 noyabr 2024, 02:57
- ↺ +

Ərini öldürən hamilə qadına hökm oxundu

Corat qəsəbəsində ərini öldürməkdə ittiham olunan Əfsanə Məmmədovanın məhkəməsi yekunlaşıb.

Qafqazinfo.az-ın məlumatına görə, hələ ilkin istintaqın sonunda Əfsanənin ittihamı yüngülləşdirilib.

Buna səbəb isə ekspert rəyləri ilə təqsirləndirilən şəxsin əməlinin güclü ruhi həyəcan-fizioloji affekt vəziyyətində törətməsinin sübuta yetirilməsi olub. İstintaq orqanının qərarı ilə Əfsanəyə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə verilmiş ittiham eyni məcəllənin 122.1-ci (qəfil baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.

İttihamın dəyişməsi ilə bağlı Əfsanənin işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb.

Daha əvvəl Əfsanə Məmmədova istintaq təcridxanasında ana olması haqda məlumat vermişdik.

İş materiallarından görünür ki, Əfsanənin əri Ağahüseyn İmanovu öldürməsinin səbəbi övladı ilə bağlı olub. O, kişinin ikinci həyat yoldaşıdır. Ərinin əvvəlki evlilikdən iki övladı var. Əfsanə Ağahüseynə qoşulub qaçıb, molla kəbini ilə ailə qurublar.

Evlilikdən 6 ay sonra Əfsanə hamilə qalıb. Elə münasibətlər də bundan sonra korlanıb. Əfsanə övladını dünyaya gətirmək istəsə də, əri bunun əleyhinə olub. O, dəfələrlə arvadından abort etdirməsini tələb edib. Bununla bağlı tez-tez mübahisə ediblər.

Mərhum əvvəl arvadını evdən qovmaq istəyib, əks halda uşağını məhv etməsini tələb edib. Əfsanə qarşısında diz çökərək hamilə olduğuna görə ona evdən qovmaması üçün yalvarıb. Bu vaxt əri külqabı ilə onun başına vuraraq yüngül xəsarət yetirib.

Bundan sonra cütlük arasındakı münasibətlər daha da kəskinləşib, Ağahüseyn hamiləliyini sonlandıracağı hədəsi ilə bıçaq götürərək arvadının üstünə gəlib.

Əfsanə ifadəsində deyir ki, özünü və bətnindəki körpəsini müdafiə etməsi üçün üstünə hücum çəkən ərinin əlini cırmaqlayıb, bıçağı ondan alıb. Geri çəkilsin deyə bir dəfə bıçaqla onun ayağından vurub. Amma Ağahüseyn tabe olmayıb, qadının hamiləliyini sonlandıracağı ilə bağlı qəti fikirdə olub. Həmin an keçirdiyi stressin təsirindən və situasiyanı adekvat qavramadığından əlindəki bıçaqla ərinə müxtəlif nahiyələrdən 14 dəfə zərbə vurub: “Mən ona dedim… Dəfələrlə dedim ki, bu sənin də övladındır. Sən atasısan, yad deyilsən. Polisə şikayət edəcəyimlə hədələdim, yenə qorxmadı”.

“Uşaq sağ qalıb?” – son nəfəsində sualı bu olub…

Əfsanin dediyinə görə, baldızı onlarla eyni həyətdə yaşayıb. Amma hadisədən sonra onu çağırmayıb. Qorxub ki, qardaşını bu vəziyyətdə görüb ona nə isə edər. Əri isə qan içində yerdə uzanarkən son nəfəsində ondan “uşaq sağ qalıb?” deyə soruşub. Nəyə görə bu sualı verdiyini bilməyərək əvvəl başı ilə təsdiq edib, amma bir-iki dəqiqə sonra uşağı da itirdiyini deyib.

Özünü də öldürmək istəyib…

Ərinin öldüyünə əmin olduqdan sonra Əfsanə intihara cəhd edib. Evdə olan siçan dərmanını içib. Bir az sonra bətnində övlad daşıdığı üçün intihar etməsinin düzgün olmadığını düşünərək çoxlu su içməklə dərmanı qaytarıb. Son olaraq atasına zəng edib, ərini öldürdüyünü bildirib. Atası da polisə məlumat verib.

Əfsanə son sözündə məhkəmədən azyaşlı övladına görə yüngül cəza verilməsini xahiş edib.

Amma qətlə yetirilən Ağahüseynin ailəsi deyilənlərlə razı deyil. Hüquqi varis və digər yaxınlar hesab edir ki, Əfsanə ərini qısqanclıq zəminində qəsdən öldürüb. Onlar ittihamın dəyişməsinin əleyhinə olduqlarını, Əfsanənin 120.1-ci (9 ildən 14 ilə kimi) maddə ilə təqsirli bilinməsini istəyiblər.

Sonuncu iclasda hökm oxunub.

Hakim Rəşad Mustafayev istintaq orqanının elan etdiyi sonuncu ittihamı əsaslı hesab edib. Təqsirləndirilən şəxsin həqiqətən də hadisəni affekt vəziyyətində törətdiyini bəyan edib. Hökmə əsasən, Əfsanə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cəza müddətinin əvvəli 2023-cü ilin avqustun 11-dən hesablanır.

Bununla da Əfsanənin 1 il 3 ay çəkilməmiş cəzası qalıb.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:40

Novxanı yolunda ağır qəza

Bütün xəbərlər
Bu gün, 09:15

Bakı-Sumqayıt yolunda qəzaya düşən tanınmış fotoqraf imiş

Bütün xəbərlər
Bu gün, 01:00

28 sentyabr 2020: Vətən Müharibəsinin ikinci günü

Bütün xəbərlər
Dünən, 13:07

Azərbaycan əsgəri ilə çiyin-çiyinə - Qarabağ müharibəsi cərrahın gözü ilə

Bütün xəbərlər
Dünən, 00:05

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin başlamasından 6 il ötür

Bütün xəbərlər
26 sentyabr 2026, 18:06

Sumqayıtda hoteldə insident törədən qız HƏBS OLUNDU

Bütün xəbərlər
26 sentyabr 2026, 17:28

Sumqayıtın bu yolu daha neçə can alacaq? - sakinlərdən ETİRAZ

Bütün xəbərlər
26 sentyabr 2026, 16:30

Sumqayıtda zibil problemi yanğın təhlükəsi yaradıb? - sakinlərdən SOS

Bütün xəbərlər
26 sentyabr 2026, 15:26

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar tədbir keçirildi

Bütün xəbərlər
26 sentyabr 2026, 14:38

Sumqayıtda sabah 29 dərəcə isti olacaq

Bütün xəbərlər
26 sentyabr 2026, 13:56

Sumqayıt Dövlət Universitetindən beynəlxalq reytinqdə böyük irəliləyiş

Bütün xəbərlər
26 sentyabr 2026, 12:59

Sumqayıtda sərnişinlərin rahatlığını pozan avtobus – ŞİKAYƏT

Bütün xəbərlər
26 sentyabr 2026, 12:07

Sumqayıtda Anım Günü ilə bağlı tədbir keçirildi

Bütün xəbərlər
26 sentyabr 2026, 11:23

İlham Əliyev: "Azərbaycan iqtisadiyyatı çox böyük potensiala malikdir"

Bütün xəbərlər
26 sentyabr 2026, 10:28

19 yaşında şəhid olan əsgərimizin xatirəsi anılır

Bütün xəbərlər
26 sentyabr 2026, 09:54

"Xəzərdə suyun səviyyəsinin davamlı azalmasından narahatıq" - Ceyhun Bayramov

Bütün xəbərlər
26 sentyabr 2026, 09:19

Sarayda israf olunan suya sakinlərdən ETİRAZ

İdman
25 sentyabr 2026, 18:05

İngiltərəli basketbolçu "Sumqayıt"da

İdman
25 sentyabr 2026, 17:13

Sumqayıtlı idmançı Afinada dünya çempionu oldu

İdman
25 sentyabr 2026, 16:13

Litva-Azərbaycan qarşılaşmasının hakimləri bəlli oldu

Bütün xəbərlər
25 sentyabr 2026, 15:48

Sumqayıt teatrı yeni tamaşa hazırlayır

Bütün xəbərlər
25 sentyabr 2026, 15:33

Sabahın hava proqnozu

Bütün xəbərlər
25 sentyabr 2026, 14:33

Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı asanlaşdı

Oxşar xəbərlər