Yenilənib: saat 13:48
Etilen-Polietilen Zavodunda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Hazırda FHN-in müavini general-leytenant Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov və Nazirliyin baş hərbi eksperti polkovnik Fərhad Səmədov hadisə yerindədirlər.
—————————————————————————————————————————–
Sumqayıtda zavodda yanğın başlayıb. Sumqayıt24 bu haqda 13 iyun tarixində xəbər verir.
Yanğın Etilen-Polietilen zavodunda qeydə alınıb. FHN-in yanğından mühafizə bölmələri hadisə yerinə cəlb edilib. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.