top
FHN-dən əhaliyə çağırış: Təhlükəsizlik qaydalarına əməl edin
27 fevral 2025, 00:15
- +

FHN-dən əhaliyə çağırış: Təhlükəsizlik qaydalarına əməl edin

Hazırda ölkə ərazisində müşahidə edilən kəskin və yağıntılı hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.

Sumqayit24.az xəbər verir ki, müraciətdə deyilir:

“Soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan bu cihazlardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət etməyin vacibliyini bir daha diqqətə çatdırırıq. Belə ki, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır.

Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı tövsiyə edirik. Hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğu və kifayət qədər yanacaq ehtiyatı təmin edilməlidir. Qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək və günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək tövsiyə olunur.

Bununla yanaşı, yolların buz bağlaması hallarında piyadalar ayaqqabını sürüşməyə qarşı hazırlamalı, ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət etməlidirlər. Buzlu yolda sürüşsəniz, zərbənin gücünü azaltmaq üçün oturun, yıxıldığınız halda isə qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun. Yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:11

Sumqayıtda axşamdan səhərədək SU OLMAYACAQ

Bütün xəbərlər
Bu gün, 16:10

Bakı metropolitenin yenilənmiş intervalları - CƏDVƏL

Bütün xəbərlər
Bu gün, 15:20

Şad xəbər - "Mero" "işıqlı günə" çıxdı

Bütün xəbərlər
Bu gün, 14:43

Sumqayıtda şirkətin 1.5 milyon manat BORCU VAR

Bütün xəbərlər
Bu gün, 14:00

Sumqayıtda növbəti gecə əməliyyatı - Yaşıllığa beton tökdülər

Bütün xəbərlər
Bu gün, 13:18

Sumqayıtda bağça qalmaqalı - İclasda DAVA DÜŞDÜ

Bütün xəbərlər
Bu gün, 12:36

Sumqayıtda yaşıllıqların salınmasına milyon manat vəsait ayrılır

Cəmiyyət
Bu gün, 11:37

Sumqayıtın sabiq baş memarının 3 illik "varlanma hekayəsi" - İDDİA

Bütün xəbərlər
Bu gün, 10:42

İki övladını Vətənə əmanət edən sumqayıtlının doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:54

Sumqayıtda uşaq bağçası ilə bağlı ŞOK İDDİALAR - Keyfiyyətsiz qidalar verilir?

Bütün xəbərlər
Bu gün, 09:37

SDU-da işləmək istəyənlərə FÜRSƏT

Bütün xəbərlər
Dünən, 18:00

Maşınların sığorta qiymətləri dəyişdi - Yeni qərar

Bütün xəbərlər
Dünən, 17:22

Sumqayıtda "Mero"dan gələn su küçəni iflic etdi

Bütün xəbərlər
Dünən, 16:30

Tədbirlər bələdiyyə pul qazandırmağa başladı - Adil Xudatov danışdı

Bütün xəbərlər
Dünən, 15:52

Sumqayıtın deputatı: "Türk xalqları arasında ortaq ədəbi platformaların yaradılması vacibdir"

Bütün xəbərlər
Dünən, 15:24

Sumqayıtda sabah da yağış yağacaq?

Bütün xəbərlər
Dünən, 14:50

Sumqayıtda zibil yanacağa çevriləcək

Bütün xəbərlər
Dünən, 14:05

Sumqayıt xəstəxanasında pasiyentlərlə yanaşı bina da "müalicə" gözləyir

Bütün xəbərlər
Dünən, 13:30

Yağış, külək... amma onlar yenə iş başında

Bütün xəbərlər
Dünən, 12:49

"Gözləyirlər ki, kimsə ağacın altında qalsın" - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:49

Sumqayıt məktəbinin ətrafında təhlükə

Bütün xəbərlər
Dünən, 10:36

Bakı-Sumqayıt yolunda tıxac azalacaq - Yeni layihə

Bütün xəbərlər
Dünən, 09:46

Sumqayıtda konsert biletləri zorla satılır? – AÇIQLAMA

İdman
Dünən, 09:15

Sumqayıtlı gənclər Dünya çempionatına yollanır

Oxşar xəbərlər