Sumqayıtda insanlar liftdə köməksiz vəziyyətdə qalıblar. Sumqayıt24 bu haqda 28 fevral tarixində xəbər verir.
Hadisə ötən gün baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə daxil olan məlumat əsasında xilasedicilər ünvana yönləndiriliblər. Nəticədə vətəndaşların təhlükəsizliyi təmin edilib.