Sumqayıtda fövqəladə hallarla bağlı davranış qaydaları barədə maarifləndirici tədbir keçirilib. Bu barədə 24 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər veririk.
FHN-in Sumqayıt Regional Mərkəzi tərəfindən təşkil olunan tədbir 47 nömrəli körpələr evi-uşaq bağçasında baş tutub. Seminarda fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib. Həmçinin ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbir zamanı suallar ətraflı cavablandırılıb.