FHN-in Sumqayıt Regional Mərkəzi “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirə keçirib. Bu haqda 14 iyun tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Tədbirdə müvafiq icra hakimiyyətinin, bələdiyyələrin, polis və təhsil şöbələrinin, təcili tibbi yardım bölmələrinin, yerli gigiyena və epidemiologiya mərkəzlərinin və digər aidiyyəti qurumların məsul şəxsləri iştirak ediblər.
Çıxış edənlər yay mövsümündə çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin vəziyyəti, ölkə ərazisindəki su hövzələrində həyata keçirilmiş aidiyyəti təhlükəsizlik tədbirləri ilə bağlı məlumat veriblər.
Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub.