Sumqayıtda 2 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bu haqda 20 aprel tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Çağırış ünvanına FHN-in xilasetmə qüvvələri cəlb olunub. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşlara müvafiq köməklik göstərilib.