Sumqayıtda azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb. Bu haqda 25 aprel tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
FHN-in "112" qaynar xəttinə azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Çağırış ünvanına xilasetmə qüvvələri cəlb olunub. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.