Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində qərargah məşqi keçirilib. Sumqayıt24 bu barədə 30 sentyabr tarixində quruma istinadən xəbər verir.
“Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı Regional Mərkəzin fəaliyyətinin təşkili” mövzusunda olan təlimdə FHN-in Baş əməliyyat idarəsinin əməkdaşları da iştirak ediblər.
Məşq zamanı baş vermiş şərti fövqəladə hadisə nəticəsində yaranmış şərait, cəlb olunan qüvvə və vasitələr barədə əməliyyat məlumatları verilib. Daha sonra isə yanğınların söndürülməsi, xilasetmə işlərinin aparılması, əhalinin köçürülməsi, zərərçəkmiş insanların həyat təminatının bərpası və digər zəruri məsələlərlə bağlı simulyasiya xarakterli tədbirlər görülüb.