FHN-in Sumqayıt Regional Mərkəzi Sumqayıtda maarifləndirici tədbir keçirib. Bu barədə 10 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat veririk.
Tədbir 2 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında baş tutub. Burada fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib. Həmçinin ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən seminar zamanı suallar ətraflı cavablandırılıb.