Sumqayıtda gənclərə “İlk yardım” üzrə təlim keçirilib. Bu haqda 17 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Tədbiri Qızıl Aypara Cəmiyyəti şəhər bölməsi və Gənclər evi təşkil edib, Fövqəladə mobil könüllü dəstənin üzvləri isə həyata keçiriblər. İştirakçılara huşsuz nəfəs alan və bərpa vəziyyəti, tənəffüs yollarının tutulması, qanaxma, sınıqlar, zəhərlənmələr və yanıqlar haqda məlumat verilib, eləcə də praktiki olaraq göstərilib.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.