Mebel satışı ilə məşğul olan "Foriella" MMC şirkətinə protokol tərtib edilib. Bu haqda 2 avqust tarixində Sumqayıt24 Pravda.az-a istinadən məlumat verir.
Sənəd Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə əsasən yazılıb. İşə Sumqayıt Şəhər Məhkəməsində hakim Zaur Hacıyevin icraatında baxılacaq.