Bu gün, 3 fevral tarixində qazilərlə görüş keçirilib. Bu haqda Sumqayıt Regional Mədəniyyət İdarəsi məlumat yayıb.
Görüş S. Rüstəmov adına 3 nömrəli uşaq incəsənət məktəbində keçirilib. Məktəbin əməkdaşları qazilər Həbib Həmdullayev, Əfəndi Balcanov, Azim Nuriyev və Aziz Hüseynovla həmsöbət olublar. Görüş 2 fevral “Gənclər günü” münasibəti ilə baş tutub.
Qazilərimiz keçdikləri çətin və şərəfli döyüş yollarından söhbət açıblar. Sonda qonaqlarla xatirə şəkili çəkilib.