Sumqayıtlılar təhsil alan gənc kulinarların beşinci respublika çempionatında qalib olublar. Sumqayıt24 bu haqda 12 aprel tarixində xəbər verir.
Azərbaycan Milli Kulinariya Assosiasiyasının və Dünya İslam Kulinariya Birliyinin prezidenti Tahir Əmiraslanovun 65 illik yubileyinə həsr edilən yarış Bakı Gənclər Mərkəzində keçirilib.
Tədbirdə paytaxt və müxtəlif bölgələrdən gələn gənc kulinarlar iştirak ediblər. İlk hissədə iştirakçıların hazırladıqları müxtəlif yemək çeşidləri, şirniyyat və şərbətlər təqdim olunub.
Tədbirin rəsmi hissəsindən sonra "Ən yaxşı dizayna görə" nominasiyasının qalibi olan Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi mükafatlandırılıb.