Sumqayıtda “Sosial sahibkarlığın və müəssisələrin təşkili” adlı tədbir keçiriləcək. Bu barədə 24 sentyabr tarixində “Memarlıq İnşaat Dizayn” İB-yə istinadən xəbər veririk.
Ümumilikdə Sumqayıtla yanaşı Bakı və Xırdalan şəhərlərində 120 nəfər gənc üçün bir günlük praktiki təlim, sərgi-konfrans və iştirakçıların sertifikat və xatirə hədiyyələri ilə təltifi kimi tədbirlərin təşkili nəzərdə tutulub. Təlimlər oktyabr ayından başlayıb, noyabr ayında sərgi-konfrans və təlim iştirakçılarının sertifikat, həmçinin xatirə hədiyyələri ilə təltif olunması kimi tədbirlərlə yekunlaşacaq.
Sözügedən seminarda iştirak etmək üçün 2 oktyabr tarixinədək link vasitəsilə qeydiyyatdan keçmək mümkündür.
Tədbirin məqsədi, “Dövlət, Universitet və QHT əməkdaşlığı” çərçivəsində Sosial sahibkarlığın və müəssisələrin təşkilinin gənclərin arasında təbliği və məşğulluğun təmin olunmasına dəstək olmaqdır.