Sumqayıtda “İlkin tibbi yardım” təlimi keçirilib.
Sumqayıt24 xəbər verir ki, tədbir Sumqayıt Gənclər evinin, “ASAN xidmət” mərkəzinin və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin təşkilatçılığı ilə baş tutub.
Təlim zamanı iştirakçılara huşsuz vəziyyətdə nəfəs almanın, bərpa vəziyyətinin, tənəffüs yollarının tutulması, qanaxma, sınıqlar, yaralar və yanıqlar mövzularında geniş məlumat verilib və praktiki olaraq göstərilib. Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.