Bu gün, Sumqayıt24-ün izləyicilərinə Sumqayıtda müxtəlif əl işləri və rəsmləri ilə tanınan rəssam - sənətkar Laçın Bağırov haqda məlumat verəcəyik.
Laçın Bağırov 2 iyul 1971-ci ildə Sumqayıtda dünyaya gəlib. Uşaqlıq yaşlarından onda rəssamlıq istedadı özünü büruzə verməyə başlamışdır. Lakin, buna baxmayaraq, o, istedadını təkmilləşdirmək üçün heç bir xüsusi məşğələlərə yazılmır. İstedadını evində, saatlarla müxtəlif rəsmlər çəkərək təkmilləşdirmək qərarına gəlir və yüksək nəticələrə nail olur.
Hazırda, Laçına ölkənin müxtəlif bölgələrindən sənəti ilə bağlı iş təklifləri gəlir. Qeyd edək ki, Sumqayıt ərazisində müxtəlif restoranların və binaların fasadları sənətkarımızın çəkdiyi rəsmlərlə və yaratdığı barelyeflərlə bəzədilib.
Həmçinin, əldə etdiyimiz məlumata əsasən, bağça divarının üzərindəki rəsmlər də məhz Laçın Bağırovun yaradıcılığına aiddir.
Foto Sumqayıt24
Foto Sumqayıt24
Foto Biotekart İnstagram
Foto Biotekart İnstagram
Foto Biotekart İnstagram
Foto Biotekart İnstagram