top
Azərbaycanda sevmədiyim iki şey var: insanlar və... - Sumqayıtlı bloqer
Müsahi̇bə
28 oktyabr 2025, 21:00
- ↺ +

"Azərbaycanda sevmədiyim iki şey var: insanlar və..." - Sumqayıtlı bloqer

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"İndiyə qədər 7 ölkə və təxminən 20 şəhər gəzmişəm, amma Sumqayıta bənzər bir yer görməmişəm. Bir sözlə, Sumqayıt şəhəri kimi bənzərsiz yer yoxdur".  

Bu sözləri Sumqayit24.az-a müsahibəsində sumqayıtlı gənc bloqer Nahid Qorçiyev deyib. 

O, xarici ölkələrdə qazandığı təcrübələri sosial mediada izləyiciləri ilə bölüşür, xaricə getmək istəyənlərə bunun yolları barədə faydalı məlumatlar verir, həmçinin gördüyü fərqli mədəniyyətlər və yaşam tərzləri haqqında maraqlı paylaşımlar edir.

Gənc bloqerlə söhbətimizi təqdim edirik: 

- İlk olaraq sizi tanıyaq... 

- 21 yaşım var. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində Dizayn ixtisası üzrə təhsil alıram. 

- Sosial şəbəkədəki paylaşımlarınız diqqətimizi çəkdi. Gəzdiyiniz ölkələrdəki təcrübələrinizi izləyicilərinizlə bölüşürsünüz. Bu ideya necə yarandı və ilk yollandığınız xarici ölkə hansı olub?

- Sosial mediada fəaliyyətə başlamaq üçün həm mənə uyğun, həm də gələcəkdə inkişaf etdirə biləcəyim məntiqli bir mövzu axtarırdım. İllərdir ki, Amerikaya getməyə çalışırdım və nəhayət bunu bacaranda, kontentimin əsas istiqaməti də aydın oldu. 

İlk yollandığım ölkə isə Macarıstan olub. Bir həftəlik Avropa səfərimdə Macarıstan, Çexiya və Slovakiyada olmuşam. 

- Sumqayıtda doğulub böyümüsünüz. Gəzdiyiniz ölkələr arasında "bura bir az Sumqayıta oxşayır" dediyiniz yer olubmu? 

-  Açığını desəm, indiyə qədər 7 ölkə və təxminən 20 şəhər gəzmişəm, amma Sumqayıt şəhəri kimi bənzərsiz yer yoxdur.  

- Xaricdə yaşadıqca Sumqayıta və ümumilikdə Azərbaycana baxışınızda hansı dəyişikliklər baş verib?

- Səmimi olmaq istəyirəm - Azərbaycanda sevmədiyim cəmi iki şey var: insanlar və maddiyyat anlayışı. "Niyə insanlar?" desəniz, cavabında deyərəm ki, bizdə çoxları hər şeyi bilib-bilmədən mühakimə etməyi sevir və qarşı tərəfin fikrinə hörmətlə yanaşmır. Məsələn, mən Amerikada öz İslami düşüncə tərzimə görə Azərbaycanla müqayisədə daha çox hörmət görmüşəm. Ümumiyyətlə, bizdə cəmiyyətin bir hissəsində pessimistlik var və bu, məncə, ölkədəki insanların qazanc səviyyəsinin aşağı olmasından qaynaqlanır.

- Gəzdiyiniz ölkələrdə sizi ən çox təəccübləndirən mədəni fərqlər nələr olub?

-  Mən uzun müddət Amerikada yaşadığım üçün daha çox oradakı mədəni fərqlər barədə danışa bilərəm. Orada birinin sizin düşüncə tərzinizə görə sizə hörmətsizlik göstərməsi demək olar ki, mümkün deyil. 

Bundan əlavə, dostumla mən mediadan meksikalıların kriminal insanlar olduğunu düşünürdük. Amma realda onların çox mehriban və gülərüz insanlar olduqlarını gördük. Bu təcrübə bizə dilinə, dininə və irqinə baxmadan insanlara mühakiməsiz yanaşmağı öyrətdi.

- Xaricdə yaşamaq və fərqli mühitə uyğunlaşmaq istəyən gənclərə hansı məsləhətləri verərdiniz?

- Xaricdə yaşamaq istəyən şəxslərin çoxu, düşünürəm ki, bütün çətinliklərə baxmayaraq, Azərbaycanın dəyərini zamanla daha dərindən anlayacaq. Xaricə təməlli və ya müvəqqəti gedən hər bir gəncin ürəyində bir gün öz vətənində rahat və təminatlı şəkildə yaşamaq arzusu var.

- Bundan sonrakı planlarınız, məqsədləriniz nələrdir?

- Əsas məqsədim Azərbaycanda sahibkar fəaliyyəti ilə məşğul olub dünyanı gəzmək və bunu sosial media hesablarımda doğru şəkildə paylaşmaqdır.

- Seçim şansınız olsaydı, harada doğulmaq və yaşamaq istərdiniz?

- Heç vaxt bu barədə düşünməmişəm, amma seçim şansım olsaydı, yəqin ki, Skandinaviya ölkələrindən birində yaşamaq istərdim - baxmayaraq ki, hələ orada olmamışam. Amerikada daha çox vaxt keçirsəm də, orada doğulmaq istəməzdim.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 31-ci günü - XRONİKA

İdman
Dünən, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
Dünən, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
Dünən, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
Dünən, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
Dünən, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
Dünən, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıtda yaşayan şəhid anasının 21 illik mənzil gözləntisi

Bütün xəbərlər
Dünən, 13:10

Sumqayıtda sabah hava yağmursuz ola bilər

Bütün xəbərlər
Dünən, 12:22

Sumqayıtdan Bakıya gələn sürücülərə şad xəbər

Bütün xəbərlər
Dünən, 11:41

Sumqayıtda su kanalı daşdı - sakinlər çətin vəziyyətdə

Bütün xəbərlər
Dünən, 11:14

Sumqayıtda bu gün hava necə keçəcək?

Bütün xəbərlər
Dünən, 10:53

Sumqayıtda ağaclar kəsilərək yerində köşk quraşdırıldı – AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 10:06

Sumqayıtda qəza - 5 maşın toqquşdu

Bütün xəbərlər
Dünən, 09:15

"Stansiya Sumqayıt"da evləri su basdı - sakinlər danışdı

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
25 oktyabr 2026, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
25 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
24 oktyabr 2026, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
24 oktyabr 2026, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Bütün xəbərlər
24 oktyabr 2026, 15:00

Sumqayıtda məşhur restoran 646 min manata satışa çıxarıldı

Bütün xəbərlər
24 oktyabr 2026, 14:31

Sumqayıtda yarımçıq işlərlə bağlı sakinlərdən etiraz

Oxşar xəbərlər