top
Sumqayıtda əlil övlad anası niyə işdən çıxarılıb? - AÇIQLAMA
Video
28 oktyabr 2025, 17:56
- ↺ +

Sumqayıtda əlil övlad anası niyə işdən çıxarılıb? - AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda fəaliyyət göstərən "Giltex" MMC şirkətindən şikayət var. 

Sumqayit24.az-a müraciət edən Aynurə Əhmədova bildirib ki, avqust ayında haqsız yerə işdən çıxarılıb.

Belə ki, övladı 2-ci qrup əlil olan ana şirkətdən dövlət tərəfindən təyin olunan bəzi güzəştlərin edilməsini istəyib: 

"2-ci qrup əlil övlad anasıyam. Övladımı tək böyüdürəm və heç bir yerdən maddi dəstəyim yoxdur. İşə qəbul olanda kadrlar şöbəsinə vəziyyətimlə bağlı məlumat verdim. Bildirdim ki, dövlət tərəfindən təyin olunan güzəştlər varsa, mənə tətbiq olunsun. Çünki  övladıma zaman ayırmaq istəyirdim. Lakin heç bir güzəşt edilmədi. Məsələ ilə bağlı şirkətin direktoru ilə görüşməyə çalışsam da, direktor məni qəbul etmədi. Sonda Dövlət Əmək Müfəttişliyi Xidmətinə (DƏMX)  ərizə yazmalı oldum". 

Şikayətçi bildirib ki, bu məsələdən sonra 3 aylıq müqavilə əsas gətirilərək, fəaliyyətində heç bir nöqsan olmadığı halda işdən çıxarılıb: 

Məsələ ilə bağlı "Giltex" MMC şirkətindən Sumqayit24.az-a bildirildi ki, işçi Aynurə Əhmədova ilə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun olaraq xitam verilib:

"İşçinin sizə müraciətində ifadə etdiyi iddialar bizə məlumdur. Eyni mətndə iddialar onun Dövlət Əmək Müfəttişliyi Xidmətinin Abşeron-Xızı regional şöbəsinə ünvanladığı müraciətdə də öz əksini tapıb. Aparılan araşdırma nəticəsində işçinin iddialarının həqiqətə uyğun olmadığı və "Giltex" MMC tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulmadığı təsdiqlənib".

Dövlət Əmək Müfəttişliyi Xidmətinin İctimaiyyətlə əlaqələr üzrə məsul nümayəndəsi Solmaz Aydəmir isə redaksiyamıza bildirib ki, vətəndaş Əhmədova Aynurə Yunus qızının "Giltex" MMC-də əmək hüquqlarının pozulması ilə bağlı müraciətinə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Abşeron–Xızı regional şöbəsində baxılıb. 

"Giltex" MMC tərəfindən Xidmətə təqdim edilmiş məktub və ona əlavə olunmuş sənədlər əsasında müəyyən edilib ki, A. Əhmədova 2023-cü ildən "Giltex" MMC-də proqram təminatı üzrə operator vəzifəsində çalışıb. 2024-cü ildə övladının əlilliyi ilə bağlı müvafiq sənədləri təqdim etdikdən sonra müəssisə tərəfindən ona Əmək Məcəlləsinin 94-cü maddəsinə əsasən natamam iş vaxtı ilə çalışma təklifi olunub, lakin vətəndaş bu təklifdən imtina edib. Bu barədə A. Əhmədova 22 iyul 2024-cü il tarixində işəgötürənə ərizə ilə müraciət edib.

Araşdırma zamanı təqdim olunan sənədlər və Nazirliyin "Əmək və Məşğulluq" altsistemindən əldə edilən məlumatlar əsasında müəyyən olunub ki, A. Əhmədovanın əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin başa çatması) əsasən, əvvəlcədən xəbərdarlıq edilməklə 20 avqust 2025-ci il tarixində xitam verilib",- deyə o qeyd edib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 31-ci günü - XRONİKA

İdman
Dünən, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
Dünən, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
Dünən, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
Dünən, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
Dünən, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
Dünən, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıtda yaşayan şəhid anasının 21 illik mənzil gözləntisi

Bütün xəbərlər
Dünən, 13:10

Sumqayıtda sabah hava yağmursuz ola bilər

Bütün xəbərlər
Dünən, 12:22

Sumqayıtdan Bakıya gələn sürücülərə şad xəbər

Bütün xəbərlər
Dünən, 11:41

Sumqayıtda su kanalı daşdı - sakinlər çətin vəziyyətdə

Bütün xəbərlər
Dünən, 11:14

Sumqayıtda bu gün hava necə keçəcək?

Bütün xəbərlər
Dünən, 10:53

Sumqayıtda ağaclar kəsilərək yerində köşk quraşdırıldı – AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 10:06

Sumqayıtda qəza - 5 maşın toqquşdu

Bütün xəbərlər
Dünən, 09:15

"Stansiya Sumqayıt"da evləri su basdı - sakinlər danışdı

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
25 oktyabr 2026, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
25 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Oxşar xəbərlər