H.Z. Tağıyev qəsəbəsində itkin düşən yeniyetmə tapılıb. Bu haqda APA-ya istinadən xəbər veririk.
Məlumata görə, 16 yaşlı Ucal Təhməzov idman zalından çıxıb və üzərində vəsait olmadığına görə dostugilə gedib. Telefonu isə evdə qalıb.
Qeyd edək ki, ötən gün, 4 fevral tarixində Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə adıçəkilən yeniyetmənin itkin düşməsi ilə bağlı, atası Müslim Təhməzov tərəfindən məlumat daxil olmuşdur. Bu səbəbdən polis tərəfindən dərhal araşdırmaya başlanılmışdır.