H.Z. Tağıyev qəsəbəsi sakininin minik avtomobilini qaçıran oğru maşınla birgə saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, 13 yanvar tarixində, qəsəbə sakini K.Malıyevə məxsus “Toyota” markalı avtomobilin oğurlanması barədə Sumqayıt ŞPİ-yə müraciət edilib.
Keçirilən tədbirlər nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini M.İsgəndərov avtomobillə birgə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.