Sumqayıtda yerləşən xəstəxana təmirsiz vəziyyətdədir. Sumqayıt24 bu barədə 22 sentyabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.
Söhbət H.Z. Tağıyev qəsəbəsində yerləşən 3 nömrəli xəstəxanadan gedir. Tibb müəssisəsinin tavan və divarlarında iri çatlar əmələ gəlib. Yağış yağarkən tavandan su damır. Əməliyyat otağı zəif işıqlandırılır. Döşəmə bəzi yerlərdə çöküb. Xəstəxananın qapıları, pəncərələri, çarpayıları, eləcə də tibb avadanlıqları sovet dönəmindən qalıb.