Hava limanının tikintisində Sumqayıt Kimya Sənaye Parkının məhsullarından istifadə edilir. Bu barədə 19 oktyabr tarixində scip.az-a istinadən xəbər veririk.
İşğaldan azad edilmiş ərazimiz olan Zəngilanın Beynəlxalq Hava Limanının tikintisində sözügedən parkın rezidenti “Archi Glass” MMC tərəfindən istehsal edilən multifunksional şüşə paketlərdən istifadə olunub. Ümumilikdə şirkət sifarişçi tərəfə 3800 kv.m həcmində emal edilmiş şüşə paketlər göndərib.