Havada transsərhəd tozlanma müşahidə olunur. Sumqayıt24 bu haqda 28 may tarixində xəbər verir.
Şimal-şərq istiqamətli hava axınları üstünlük təşkil edir. Tozlanma prosesinin yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib ki, avtomatik stansiyalar bu gün Abşeron yarımadasında havada tozun miqdarının normadan 1,2 dəfə çox olduğunu göstərir.