top
Havanın kəskin dəyişməsi niyə təhlükəlidir?
03 iyun 2026, 14:45
- +

Havanın kəskin dəyişməsi niyə təhlükəlidir?

"Çox yüksək və ya aşağı temperaturlar orqanizmə zərər verə bilər, lakin istidən soyuğa və ya əksinə, qəfil keçidlər xüsusilə böyük risk daşıyır".

 

Bunu Pirogov adına Rusiya Milli Tibbi Tədqiqat Universitetinin dosenti Tatyana Pinçuk Gazeta.ru nəşrinə müsahibəsində deyib.

 

"Anomal istilər yalnız narahatlıq mənbəyi deyil, sağlamlıq üçün birbaşa təhlükədir. Havaların qəfil soyuması isə orqanizmdə ciddi stres yaradır və buna etinasız yanaşmaq olmaz", - deyə mütəxəssis qeyd edib.

 

Çin tədqiqatçılarının 2013-2015-ci illər üzrə 272 şəhərin məlumatlarına əsaslanan araşdırması göstərib ki, gündəlik temperatur dəyişkənliyinin (2-7 gün ərzində maksimum və minimum göstəricilər arasındakı fərq) hər bir dərəcə artması orqanizmə ciddi təsir edir:

 

- Ümumi ölüm hallarını 0.8% artırır;

 

 - Ürək-damar xəstəlikləri ilə bağlı təcili yardım və reanimasiyaya müraciətlərin sayını 3.6% çoxaldır;

 

- İnsult zamanı ölüm faizini 5%-ə çatdırır;

 

Tənəffüs sistemi xəstəlikləri və xroniki obstruktiv ağciyər xəstəliyində (XOAX) ölüm göstəricisini 7%-ə yüksəldir.

 

Həkimin sözlərinə görə, kəskin hava dəyişikliklərindən sonra xəstələrin əksəriyyəti müxtəlif ağrılardan şikayətlənirlər ki, bu da bədənin təbii fizioloji reaksiyasıdır.

 

"2016-cı ildə heyvanlar üzərində aparılan sınaqlar sübut edib ki, bədənin qəflətən soyuması zamanı əsas virusəleyhinə sitokinlərin səviyyəsi enir və anadangəlmə immunitet reseptorlarının fəaliyyəti zəifləyir. Eyni zamanda, stres hormonları olan adrenalin və adrenokortikotrop hormonunun miqdarı çoxalır. Nəticədə hüceyrə səviyyəsində immunitet zəifləyir və virus infeksiyalarına yoluxma ehtimalı artır", - deyə həkim vurğulayıb.

 

Mütəxəssis isti havalarda qorunmaq üçün saat 11:00-dan 16:00-dək açıq havada olmaqdan çəkinməyi, susuzluq hiss etmədən su içməyi, kondisioner və ya ventilyatordan istifadə etməyi məsləhət görür. Xüsusilə gecəni sərin mühitdə keçirmək orqanizmin bərpası üçün çox vacibdir.

 

Son xəbərlər

İdman
Dünən, 19:00

"Sumqayıt" heyətini Rüstəm Əliyevlə gücləndirdi

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtda içməli su israf olunur - İDDİA

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıt sakinləri nədən narazıdır - PROBLEMLƏR BİTMİR

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur

Bütün xəbərlər
Dünən, 17:09

2027-ci ildə Həcc ziyarəti 6100 dollara başa gələcək

İdman
Dünən, 16:45

"Sumqayıt" Elşad Şirzadovu heyətinə qatıb

Bütün xəbərlər
Dünən, 16:15

Azərbaycanda bu məhsulların idxal gömrük rüsumu 20 dəfə artırılıb

Bütün xəbərlər
Dünən, 15:45

Sumqayıtda kişi qayınatasının çəliyi ilə arvadını döydü

Bütün xəbərlər
Dünən, 15:05

Bakı-Sumqayıt yolundakı qəzada yaralanan şəxsin son vəziyyəti

Bütün xəbərlər
Dünən, 14:45

Sumqayıtın deputatları qəbul keçirəcəklər - CƏDVƏL

Bütün xəbərlər
Dünən, 14:27

Sumqayıtda liftlərə rəqəmsal nəzarət: sistem necə işləyir?

Bütün xəbərlər
Dünən, 13:38

Bakı–Sumqayıt yolundakı faciəvi qəza: DYP-dən AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 13:34

İrəvanda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan ekspertlərinin görüşü təxirə salınıb

Bütün xəbərlər
Dünən, 12:01

Sumqayıt məhkəməsində yemək vermədiyi üçün arvadını bıçaqlayan ərə hökm oxundu

Bütün xəbərlər
Dünən, 11:39

İham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib

Bütün xəbərlər
Dünən, 10:42

Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir

Bütün xəbərlər
Dünən, 10:15

"Avtovağzal" metrosunda ödənişsiz giriş - SON VƏZİYYƏT

Bütün xəbərlər
Dünən, 09:51

DYP piyadalara müraciət etdi

Bütün xəbərlər
Dünən, 09:30

"Adamın ağlamağı gəlir": sumqayıtlıların bitmək bilməyən problemləri

Bütün xəbərlər
22 sentyabr 2026, 18:40

Gündəlik qəza təhlükəsi ilə üzləşən saraylılardan təklif

Bütün xəbərlər
22 sentyabr 2026, 18:15

Sumqayıtda gecə saatlarında tikinti: deputatdan SƏRT İRAD

İdman
22 sentyabr 2026, 17:50

"Sumqayıt" basketbol klubu bu oyunçusu ilə müqavilənin müddətini uzadıb

İdman
22 sentyabr 2026, 17:15

"Sumqayıt" basketbol klubunun məşqçilər korpusu bəlli olub

Bütün xəbərlər
22 sentyabr 2026, 16:40

500, 503 və 508 nömrəli avtobuslar üçün YENİ DAYANACAQ

Oxşar xəbərlər