Sumqayıtda “Heydər Əliyev İli” ilə bağlı ağacəkmə aksiyası keçirilib. Bu haqda 13 aprel tarixində Sumqayıt24 xəbər verir.
Aksiyaya şəhər mədəniyyət ictimaiyyəti, Milli Məclisin Mədəniyyət Komitəsi əməkdaşları, vətəndaş cəmiyyəti institutları təmsilçiləri, millət vəkili Qənirə Paşayeva, qazilər, habelə Türk dünyasından bir qrup yazar da qatılıb. Sumqayıt bulvarında baş tutan nəcib aksiya çərçivəsində 500 zeytun fidanı əkilib. Ağaclara aqrotexniki qulluq göstərilib. [modula id="34565"]