Sumqayıt şəhər 1 nömrəli Ailə Sağlamlıq Mərkəzində (ASM) “Heydər Əliyev və Sumqayıt səhiyyəsi” mövzusunda tədbir keçirilib. Bu haqda 11 aprel tarixində Sumqayıt24 STM-ə istinadən xəbər verir.
Tədbiri giriş sözü ilə açan səhiyyə ocağının baş həkimi Təranə Mansurova bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə əhalinin sağlamlıq durumu üçün çox böyük əhəmiyyət daşıyan tədbirlər həyata keçirilib. Bildirilib ki, 70-ci illərin əvvəllərində Heydər Əliyevin sayəsində Sumqayıtda 17-dən çox yeni tibb müəssisəsi açılıb. Son illərdə tibb xidmətinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər həyata keçirildiyi, müasir tələblərə cavab verən səhiyyə infrastrukturu yaradılmasına başlanılıb. Qeyd olunub ki, Sumqayıtda fəaliyyət göstərən səhiyyə ocaqlarının əksəriyyəti təmir olunub, tibb müəssisələri müasir avadanlıqlarla təchiz olunub.