Sumqayıtda məktəblilərin intellektual yarış turnirinin sonuncu final mərhələsi keçirilib. Bu haqda 13 iyun tarixində Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinə istinadən məlumat veririk.
Ümumilikdə 7 turdan ibarət yarış Heydər Əliyevin 100 illiyinə həsr olunub. Yekun turda ən yüksək nəticə göstərən komanda Sumqayıt şəhər 28 nömrəli tam orta məktəbin komandası olub.
Qalib komanda kubok, medal və diplomla mükafatlandırılıb. Həmçinin 2-ci və 3-cü yerin qaliblərinə medal və diplom, digər bütün iştirakçı komandalara isə sertifikat təqdim edilib.