Sumqayıt Dövlət Dram Teatrında "Əbədiyyətdə doğan günəş” adlı tədbir keçirilib. Sumqayıt24 bu haqda 19 aprel tarixində xəbər verir.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin təşkil etdiyi görüş ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunub. Tədbirdə icra hakimiyyətinin başçısı Zakir Fərəcov, təhsil idarəsinin müdiri İlhamə Abdullayeva, təhsil müəssisələrinin nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər.
Çıxış edənlər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən danışıblar.
Tədbir ədəbi-bədii hissə ilə yekunlaşıb.