Qida təhlükəsizliyi müfəttişləri Sumqayıtda reyd keçiriblər. Bu haqda 20 aprel tarixində Sumqayıt24 AQTA-ya istinadən xəbər verir.
Aparılan monitorinq zamanı şəhərin Sülh və 20 Yanvar küçələrində yerləşən heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar tapılıb. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati protokol tərtib edilib.