Sumqayıt Gənclər Evində icbari tibbi sığorta ilə bağlı ictimai müzakirə keçirilib. Bu haqda 30 avqust tarixində Sumqayıt24 Azərtac-a istinadən məlumat verir.
Toplantıda dövlət qurumlarının nümayəndələri, QHT rəhbərləri və media nümayəndələrinin iştirak ediblər.
Tədbirdə İcbari Tibbi Sığorta Agentliyinin eksperti Sevil Əliyeva “İcbari tibbi sığorta nədir?”, “Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər”, “Göndərişlərin verilmə qaydası”, “İcbari tibbi sığorta sistemindən yararlanmaq üçün tibb müəssisələrinə müraciət qaydası” mövzularında təqdimatla çıxış edib.
Çıxış edən “Əlilliyi olan şəxslərin sosial müdafiəsinə və inteqrasiyasına dəstək” İB-nin sədri Səbinə Kərimova qeyd edib ki, əhalinin sağlamlığının qorunması, göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltmək və əlçatanlığını təmin etmək üçün icbari tibbi sığorta sistemi bütün ölkə ərazisini əhatə edir.
Yığıncaq iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
Layihənin əsas məqsədi icbari tibbi sığorta haqqında əhalinin maariflənməsidir.