Sumqayıt şəhər icra başçısı idman məktəbində olub. Bu barədə 9 sentyabr tarixində Dünya TV-yə istinadən xəbər veririk.
İcra başçısı Zakir Fərəcov 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbində yaradılan şəraitlə tanış olub. Burada icra başçısı idmançılarla görüşüb. Daha sonra məktəbin direktoru Fuad Aslanov təhsil müəssisəsi haqqında məlumat verib. Bildirilib ki, məktəb 2011-ci ildə istifadəyə verilib. Bu dövr ərzində təhsil oçağı bir çox uğurlara imza atıb. Son 3 ildə isə medal sayına görə məktəb respublikada ilk sırada qərarlaşıb.