Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov görüş keçirib. Sumqayıt24 bu haqda 28 aprel tarixində Sumqayitxeber.com-a istinadən xəbər verir.
Vətəndaş qəbulu 10-cu mikrorayonda təşkil olunub. Tədbirdə İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər.
Zakir Fərəcov sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar problemlərini dinləyib, qaldırılan məsələlərin böyük qismi yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan məsələlərin həlli isə aidiyyəti qurumların rəhbərlərinə tapşırılıb.