Sumqayıt şəhər icra başçısı Zakir Fərəcov səyyar qəbul keçirib. Sumqayıt24 bu barədə 9 sentyabr tarixində Sumqayitxeber.com-a istinadən xəbər verir.
Görüş şəhərin 5-ci mikrorayonunda baş tutub. Qəbulda İH-nin məsul şəxsləri və aidiyyəti qurumların rəhbərləri də iştirak ediblər. İcra başçısı sakinləri fərdi qaydada dinləyib. Qaldırılan müraciətlərin bir qismi yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.