Sumqayıtın icra başçısı 1-ci məhəllədə qəbul keçirib. Sumqayıt24 bu haqda 19 aprel tarixində DünyaTV-yə istinadən xəbər verir.
Zakir Fərəcov 12 nömrəli məktəbdə vətəndaşları qəbul edib. Tədbirdə icra hakimiyyətinin məsul şəxsləri, idarə və xidmət təşkilatlarının rəhbərləri, sakinlər iştirak ediblər.
Qəbulda sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə bağlı problemlər dinlənilib. Onların böyük qismi yerindəcə həll olunub, digərlərinin çözülməsi üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib .