Sumqayıtda vəzifəli şəxs dünyasını dəyişib. Bu haqda 30 iyul tarixində Sumqayıt24 Xeberle.com-a istinadən məlumat verir.
Uzun illər şəhər İcra Hakimiyyətinin Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinin müdiri vəzifəsində çalışan Sədaqət Əsədova ömrünün 68-ci yaşında vəfat edib. O, bir müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.