Sumqayıtda vəzifəli şəxsə ağır itki üz verib. Sumqayıt24 bu haqda 24 aprel tarixində Report.az-a istinadən xəbər verir.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin (RMİ) rəisi Rəşad Əliyevin həyat yoldaşı, Mədəniyyət Nazirliyinin əməkdaşı, Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif olunmuş Günay Əliyeva xərçəngdən vəfat edib.
Günay Əliyeva bu gün "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.