top
İki qəhrəman şəhidimiz bir kadrda…
25 sentyabr 2025, 01:29
- +

İki qəhrəman şəhidimiz bir kadrda…

Döyüşçü yoldaşları deyirlər ki, “Gizir Xanı”nın hərb meydanında – onların yanında olması həmişə ruh yüksəkliyi yaradırdı. O, öz varlığı ilə əsgərlərə ümid, komandanlığa güvən verirdi.

Çox təəssüf ki, Birinci və İkinci Qarabağ müharibələrinin od-alovundan sağ çıxan, düşmənin canına vəlvələ salan belə bir döyüşçü savaş bitəndən 5 il sonra – dinc dövrdə şəhid oldu.

Uzun illər canını Vətən uğrunda sipər edən “Gizir Xanı” ləqəbli savaş qəhrəmanı Səyyaf Əhmədov 23 sentyabr 2025-ci il tarixində Ağdam rayonunun Mirəşelli kəndindəki qəbiristanlıqda minaya düşdü.

Modern.az saytının təqdim etdiyi bu foto iki qəhrəmandan bəhs edir: “Murov qartalı” ləqbli şəhid polkovnik-leytenat Raquf Orucovla “Gizir Xanı”dan...

Zaman 2016-cı ilin aprelin 5-i... Məkan Sumqayıtın Şəhidlər Xiyabanı... Aprel döyüşlərində qəhrəmanlıqla şəhid olan Rauf Orucovun dəfninin ertəsi günü “Gizir Xanı” onu ziyarətə gəlib.

Bu anı kameranın yaddaşına köçürən fotoqraf Ceyhun İsayev deyir ki, həmin vaxt orada çəkiliş apararkən tanımadağı bir hərbci gəlib Rauf Orucovun məzarı başında çökdü... Polkovnikin şəklinə baxdı, baxdı... və hönkür-hönkur ağladı... Həmin vaxt kənarda kim dayanıb baxırmışsa, onlar da özünü saxlaya bilməyiblər... “Gizir Xanı” hamını ağladıb...

Bu şəkil təkcə bir insanın şəhid məzarı qarşısında diz çöküb baş əyməsini göstərmir. Bu şəkil zamanın donduğu, səssizliyin hayqırtıya çevrildiyi bir andır. Diz çökən “Gizir Xanı” şəhid polkovnik Raquf Orucovun məzarı qarşısında fikrə dalıb. Bəlkə də içində bir fırtına qopur, bəlkə də “mən də sənin yolundayam, komandir” deyə pıçıldayır.

Bəlkə də bu bir tale yazısı idi - bir şəhidin məzarı qarşısında diz çökən əsgər, illər sonra özü də şəhid olur və torpağa əmanət edilir.

Bu şəkil bir döyüşçünün şəhidə olan sədaqətini, Vətənə olan sevgisini, sarsılmaz andını göstərir.

Vətən üçün yaşayıb, Vətən üçün ölənlərin yolu birdir: əbədi hörmət, əbədi ehtiram.

Bu baxışda səssiz bir vəd var idi, bəlkə də “Gizir Xanı” danışmadan and içdi: “Bir gün mən də gələcəyəm, komandir. Sənin kimi...”

Bu şəkil, sədaqətin, Vətən sevgisinin və şəhidlik zirvəsinə aparan səssiz bir vədin rəmzidir.

Vətən sağ olsun!

Ruhun şad olsun, “Gizir Xanı”!

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:30

Xalq artisti: "Heç bir teatrdan dəvət almamışam, rol da verilməyib"

Bütün xəbərlər
Bu gün, 18:03

Sumqayıt Dəmiryol Vağzalında "Kitab Dayanacağı" istifadəyə verildi - FOTOLAR

Bütün xəbərlər
Bu gün, 17:36

Sülh prospektində qəza - 5 maşın toqquşdu - VİDEO

Bütün xəbərlər
Bu gün, 17:15

Sumqayıtda qəza - piyada qadının vəziyyəti orta-ağırdır - VİDEO

Bütün xəbərlər
Bu gün, 16:50

Ceyranbatanda ağaclar yola aşdı, hərəkət çətinləşdi

Bütün xəbərlər
Bu gün, 16:25

SDU-ya yeni qəbul olunanların nəzərinə - Tanışlıq günləri keçiriləcək

Bütün xəbərlər
Bu gün, 15:23

Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı

Bütün xəbərlər
Bu gün, 15:05

Sumqayıtda qəza - maşın işıq dirəyini aşırdı - VİDEO

Bütün xəbərlər
Bu gün, 14:44

Sumqayıtda dəniz sahilində qadın meyiti tapıldı - VİDEO

Bütün xəbərlər
Bu gün, 14:21

Sumqayıta sabah yağış yağacaq?

Bütün xəbərlər
Bu gün, 13:40

Nazirdən Sumqayıtla bağlı diqqətçəkən açıqlama

İdman
Bu gün, 13:15

"Sumqayıt" 700 manat cərimələndi - SƏBƏB

Bütün xəbərlər
Bu gün, 12:50

Sumqayıtda daha iki məktəbdə peşə təhsili imkanı yaradılır

Bütün xəbərlər
Bu gün, 12:14

Sumqayıtda 21 yaşlı qızın meyiti evində tapıldı

Bütün xəbərlər
Bu gün, 11:20

Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb

Bütün xəbərlər
Bu gün, 11:00

"Sanki həyat dayanıb": Sumqayıtdan ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 10:17

Relslərin üzərinə məhəccər düşdü, Bakı–Sumqayıt qatarının hərəkəti gecikdi

Bütün xəbərlər
Bu gün, 09:26

Sarayda kommunal qəza

Bütün xəbərlər
Dünən, 18:20

Sumqayıtda piyada keçidi görünməz hala düşüb

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda ağac peşə liseyinin üzərinə aşıb

Bütün xəbərlər
Dünən, 17:35

Novxanıda qaz hesabında müəmmalı borc: 1306 manat silinəcək

Bütün xəbərlər
Dünən, 17:00

Sumqayıtda yollar sakinlər üçün "sınaq meydanı"na çevrilib

Bütün xəbərlər
Dünən, 16:30

Sumqayıtda torpaq icarəyə götürmək istəyənlərin nəzərinə

Bütün xəbərlər
Dünən, 15:48

"Sumqayıt Toxucu-Tikiş" MMC 60 min manat CƏRİMƏLƏNDİ

Oxşar xəbərlər