Sumqayıtlı şagirdlər "Ən yaxşı təqdimat"da qalib seçiliblər. Sumqayıt24 bu haqda 6 may tarixində Abşeron-Xızı Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
Elm və Təhsil Nazirliyinin təşkil etdiyi müsabiqənin final (ölkə) mərhələsi başa çatıb. Finalda Təbiət Elmləri təmayüllü Gimnaziyanın 10-cu sinif şagirdi Validə Rüstəmova və 26 nömrəli məktəbin 11-ci sinfində oxuyan Mehri Ağazadənin təqdimatları 1-ci yerə layiq görülüb.
Məktəblilər müvafiq dərəcəli diplomlarla təltif olunublar.