Sumqayıtda “Opel” və “Toyota” markalı avtomobillər toqquşub. Bu barədə 24 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Hadisə Niyazi və Babək küçələrinin kəsişməsində baş verib. Şahidlərin dediyinə görə, işıqforda qırmızı işığın yanmasına baxmayaraq “Opel” markalı nəqliyyat vasitəsinin sürücüsü hərəkəti davam edib. Nəticədə məlum olay baş verib.
Qəza zamanı xəsarət alan olmayıb.