Sumqayıtda məşhur paracüdoçu ilə görüş keçirilib. Sumqayıt24 bu haqda 24 aprel tarixində xəbər verir.
"ASAN Könüllüləri" Təşkilatının 2 saylı Sumqayıt regional "ASAN Xidmət" mərkəzi üzrə nümayəndəliyinin təşəbbüsü ilə gənclər İlham Zəkiyevlə görüşüblər. Titullu idmançımız onlarla müxtəlif mövzularda söhbət edib, öz məsləhərlərini verib.