Bu ilin ikinci Günəş tutulması oktyabrın 2-də baş verəcək.
Sumqayıt24.az xəbər verir ki, Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumata görə, tutulma halqavari Günəş tutulmasıdır.
Təbiət hadisəsi oktyabrın 2-də Bakı vaxtı ilə saat 19:42:47-də başlayacaq və 3 oktyabr saat 01:46:47-də sona çatacaq. Tutulmanın maksimumu 2 oktyabr saat 22:44:51-də olacaq. Tutulma hadisəsi 6 saat 4 dəqiqə davam edəcək. Tam proses 3 saat 48 dəqiqə 40 saniyə davam edəcək.
Həlqəvari Günəş tutulması Çili və Argentinanın cənubunda müşahidə olunacaq. Tutulma Azərbaycandan müşahidə olunmayacaq.
Qeyd edək ki, bu ilin ilk Günəş tutulması aprelin 8-də baş tutub.