Əməkdar müəllim, ilk avtomatlaşdırılmış riyaziyyat sinfinin yaradıcısı Yaqub Bünyadovun xatirə gecəsi keçirilib. Sumqayıt24 bu haqda 5 may tarixində DünyaTV-yə istinadən xəbər verir.
N. Tusi adına 12 nömrəli məktəbdə təşkil olunan tədbirdə onun yaxınları və doğmaları da iştirak ediblər. Qonaqlar foyedə Yaqub Bünyadovun həyat və fəalliyyətini əks etdirən fotostendə baxış keçiriblər. Sonra isə şagirdlərin ədəbi-bədii kompozisiyaları dinlənilib.
Qeyd edək ki, Əməkdar müəllim 30 il 12 nömrəli məktəbdə çalışıb.