Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdi Beynəlxalq müsabiqədə uğur qazanıb. Bu haqda Sumqayıt24 3 may tarixində tədris müəssisəsinə istinadən xəbər verir.
Məktəbin 2-ci sinfində təhsil alan Gülçiçək Əlizadə Türkiyə IX Beynəlxalq "Melody" müsabiqəsində 1-ci dərəcəli laureat adına layiq görülüb. Şagirdi müsabiqəyə skripka müəlliməsi Mailə Zeynalova və konsertmeyster Züleyxa Ağalarova hazırlayıb.