Sumqayıt məktəbinin şagirdi beynəlxalq müsabiqədə uğur qazanıb. Sumqayıt24 bu barədə 25 oktyabr tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin 2-ci sinif şagirdi İmran Məmmədzadə Rusiyada keçirilən Beynəlxalq çoxjanrlı “Prix” müsabiqəsində 1-ci yerə layiq görülüb.
Qeyd edək ki, müsabiqədə şagirdlərin müəllimi Rasim Novruzov və konsertmeysteri Sevinc Qasımova Təşəkkürnamə ilə mükafatlandırılıblar.