Ceyranbatan Uşaq İncəsənət Məktəbinin şagirdləri beynəlxalq müsabiqədə çıxış ediblər. Bu haqda 27 aprel tarixində Sumqayıt24 Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Tədris ocağının 2-ci sinif şagirdləri Leyla Əsgərova, Əsmin İmanlı, 5-ci sinif şagirdi Əliyar Orucəliyev və 7-ci sinif şagirdi Arzu Əhmədova "American Music Stars" Beynəlxalq Vokal-İnstrumental müsabiqəsində II dərəcəli Laureat adına layiq görülüblər.
Şagirdləri müsabiqəyə ixtisas fənni üzrə müəllimləri Ülviyyə İmammərdili, Yasəmən Bəşirova və Səbuhi Hacıyev hazırlayıblar. Məktəblilər diplomlarla, müəllimlər isə müsabiqənin "Təşəkkürnamə"si ilə təltif olunublar.